2017-ci ilin iyul ayı ərzində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 1 mln. 659 min 190 kvadratmetr ərazi yoxlanılıb, 519 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib, 517 ədəd PHS və 1 ədəd tank əleyhinə mina və bir ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatlarda 516 nəfər əməliyyat heyəti və 135 nəfər inzibati heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 405 mln. 672 min 483 m2ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 762 min 926 min ədəddir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Gəncə, Bakı, Qazax, Şəmkir, Lənkəran rayonlarında davam etdirilir. **
R.Babayev