Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 4-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7008 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 4-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0206 manat/1EUR səviyyəsində müəyyənləşdirilib.
AMB avqustun 4-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0282 manat/1RUB səviyyəsində saxlayıb.**
R.Babayev