Bakı-Quba magistral avtomobil yolunda ata və oğulun ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Bakı-Quba magistral avtomobil yolunun 20-cı km-də “Qazel” markalı yük avtomobili “Mercedes” markalı yük avtomobili ilə toqquşub.
Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Qazel” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış Etibar İsmixanov və oğlu Araz İsmixanovun cəsədlərini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər”, - məlumatda deyilir. **
R.Babayev