"LUKOIL–Azerbaijan" QSC 2 yanacaqdoldurma məntəqəsində (YDM) təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı tender elan edib. Bu barədə şirkətin elanında deyilir.
Tender 2 mərhələdə və 2 lot üzrə keçiriləcək.
1-ci lota 3 saylı YDM-də tikinti-quraşdırma və reklam işlərinin həyata keçirilməsi, 2-ci lota 11 saylı YDM-də tikinti-quraşdırma və reklam işlərinin həyata keçirilməsi daxildir.
Tender təklifləri 2017-ci il sentyabrın 5-dək qəbul olunur. İddiaçılara tenderin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.*
N.Abbasova