Milli Məclisin sədri Oqtay Əsədov İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
«H.Ruhaninin andiçmə mərasimində O.Əsədov iştirak edəcək. Spikeri parlament nümayəndə heyəti müşayiət edəcək», - deyə məlumatda bildirilir.
H.Ruhaninin andiçmə mərasimi avqustun 5-də keçiriləcək.*
F.İsazadə