Ötən gün Azərbaycan ərazisində baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər həlak olub, 10 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 75 cinayət faktı qeydə alınıb, onların 12-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 48 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.*
R.Babayev