2017-ci ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 9,1% artaraq 2 mlrd. 7 min manata çatıb. Bu barədə nazirliyin məlumatında deyilir.
“Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 183,2 mln. manat təşkil edib (2016-cı ilin müvafiq dövrü ilə müqayisədə artım 8,7%). Daxilolmaların 63,9%-i və ya 755,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 11,2% çoxdur. Proqnoz 105% icra olunub”, - deyə məlumatda bildirilir.
DSMF-in 2016-cı il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 3 mlrd. 307,36 mln. manat məbləğində təsdiq edilib.*
N.Abbasova