Yaxın illərdə Azərbaycanda 80 min hektar sahədə fındıq bağları salınacaq. Bu barədə prezident İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.
“80 min hektar sahədə fındıq bağlarının salınmasının qarşıdakı dövrdə əsas hədəfdir”, - dövlət başçısının saytında məlumat verilir.
Onun sözlərinə görə, fındıqçılığın çox gəlirli və valyuta gətirən bir sahədir.
“İki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək”, - İ.Əliyev bəyan edib.
Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub. 55,1 min hektar bağ sahələrində məhsuldarlıq orta hesabla hər hektara 1 ton düşür.
Ölkədə fındıq istehsalçılari 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emalı müəssisəsini əhatə edir.**
R.Babayev