Sahibkarlığa Kömək Milli Fondu (SKMF) pambıqçılığın inkişafı üçün bu il 144 sahibkara 7,2 mln. manat güzəştli kredit verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
«2017-ci ilin əvvəlindən SKMF tərəfindən pambıqçılığın inkişafı ilə bağlı 144 sahibkara 7,2 mln. manat güzəştli kredit verilib», - deyə məlumatda bildirilir.
2016-cı ilin sonuna olan məlumata əsasən SKMF pambıqçılığın inkişafına 60 mln. manatdan çox güzəştli kredit ayırıb.*
A.Axundov