30 iyun 2017-ci il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları $40,5 mlrd. təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilir.
1 yanvar 2017-ci il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları $37,6 mlrd.təşkil edib. Beləliklə, 2017-ci ilin ilk 6 ayı ərzində respublikanın valyuta ehtiyatları 7,7% artıb.
“2017-cı il iyun ayının sonuna olan məlumata əsasən, Azərbaycan $40,5 mlrd. həcmində strateji valyuta ehtiyatlarına malikdir. Bu vəsait 33 ay ərzində malların və xidmətıərin idxalının ödənişi üçün kifayət edir. Bütövlükdə, ölkənin valyuta ehtiyatları xarici borcu 3,6 dəfə üstələyir”, - deyə bankdan qeyd ediblər.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır. **
A.Axundov