2017-ci ilin birinci yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçıların əsas xərclərinin 50,1%-i ərzaq malları, içkilər və tütün məmulatlarının alışı ilə əlaqədar olub. Bu barədə Azərbaycan Mərkəzi Bankın 2017-ci ilin yanvar-iyun ayları ərzində pul siyasətinə dair icmalında qeyd olunur.
Bundan başqa, istehlakçıların xərclərinin 18,1%-i geyim, ayaqqabı, 5,9%-i - elektrik cihazları və mebel, 0,7%-i kompüter, telekommunikasiya avadanlığı, 1,3%-i - əczaçılıq məmulatları, 4,8%-i - avtomobil yanacağı, 19,1%-i - digər qeyri-ərzaq mallarının alışına yönəlib.
Bununla belə, 2017-ci ilin birinci yarısında bir istehlakçı orta hesabla hər ay pərakəndə ticarət şəbəkəsində 1389 manat məbləğində ərzaq, içki, 138,8 manat məbləğində qeyri-ərzaq malları alıb. **
A.Axundov