2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda orta illik baza inflyasiya ötən ilin analoji dövrünün göstəricisi 13,3%-ə qarşı 13,2% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“Qiymətləri dövlət tərəfindən tənzimlənən mallar, o cümlədən mövsümi xarakter daşıyan ASK məhsulları nəzərə alınmadan, 2017-ci ilin birinci yarısında Azərbaycanda orta illik baza inflyasiya ötən ilin yanvar-iyun aylarında 12,1%-ə və 2016-cı il ərzində 13,3%-ə qarşı 13,2% təşkil edib”, - deyə məlumatda deyilir.
Cari ilin yanvar-iyun aylarında orta illik inflyasiya 13,9%, həmçinin ərzaq məhsulları üzrə - 18,1%, qeyri-ərzaq məhsulları üzrə 12,4%, xidmətlər üzrə - 9,4% təşkil edib.
“Yanbvar-iyun ayları ərzində inflyasiyanın hesablanması üşün istifadə olunan 521 adda mallar və xidmətlərdən 186-sı üzrə qiymətlər ucuzlaşıb, 125-i üzrə qiymətlər dəyişməyib. Beləliklə, xidmət və malların 210 növü üzrə qiymətlərin artımı müşahidə olunub”, - deyə bankda vurğulayıblar. **
A.Axundov