2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana pul köçürmələrinin həcmi $459 mln. təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 58,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
"Tərəfdaş ölkələrdə iqtisadi vəziyyət respublikaya pul köçürmələrinin həcminə təsir edib. İlkin qiymətləndirmələrə görə, 2017-ci ilin yanvar-iyun aylarında onların həcmi 2016-cı ilin müvafiq dövründə qeydə alınmış $290 mln.-a qarşı $459 mln. təşkil edib", - deyə məlumatda bildirilir.
2016-cı ildə Azərbaycana pul köçürmələrinin həcmi $564,1 mln., 2015-ci ildə $1 mlrd. 183 mln. təşkil edib.*
A.Axundov