2017-ci ilin I yarısında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334 mindən artıq müraciət daxil olub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına cari ilin 6 ayı ərzində 334 mindən artıq müraciət daxil olub. Müraciətlər əsasında 31,8 mindən çox vətəndaş xəstəxanalara yerləşdirilib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı 30 mindən çox artıb”, - deyə məlumatda bildirilir.
Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1,1 min nəfərdən çox olub. Qəfləti xəstəliklərlə müraciətlərin sayı 179 mindən artıq, miokard infarktı ilə müraciətlərin sayı 460, hospitalizasiya 440-a yaxın, insultla müraciətlərin sayı 1, 18 min, hospitalizasiya 1,68 min, avtoqəza zamanı xəsarət alanların sayı 1,17 min, hospitalizasiya 1000-dən artıq olub.
Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 31 müraciət olubki, bunlardan da 3 nəfəri uşaqdır və 30 halda hospitalizasiya icra edilib.
Cari ilin 6 ayı ərzində uşaqlar üçün edilən çağırışların sayı 36,5 mindən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 6,3 mindən artıq olub.*
R.Babayev