“Azəristiliktəchizat” ASC-nin nizamnamə kapitalı 7.1 dəfə - 136 mlrd. 684,98 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«Nazirlər Kabineti 2017-ci il avqustun 5-də hökumətin “Azəristiliktəchizat” ASC-nin Əsasnaməsinin təsdiq edilməsi haqqında 14 dekabr 2005-ci il tarixli qərarına dəyişiklikləri təsdiq edib. Dəyişikliklər “Azəristiliktəchizat”ın nizamnamə kapitalının 96,33 mlrd. manatdan 136 mlrd. 684,98 mln. manatadək artırılmasını nəzərdə tutur», - deyə məlumatda bildirilir.
Bunun üçün səhmdar cəmiyyətin dövriyyədə olan, 20 manat məbləğində nominal dəyərə malik səhmlərinin sayı 963 300-dən 6 835 249-a artırılıb.
N.Abbasova