“Aqrolizinq” ASC gübrə və alaqotlarına qarşımübarizə vasitlərin (herbisidlər) alışına dair tender elan edib. Bu barədə AC-nin tender elanında qeyd olunur.
Tender 6 lot üzrə aparılır: birinci - ammonium nitrat, ikinci - ammofos, üçüncü - nitorammofoska, dördüncü - karbamid, beşinci - ammonium sulfat, altıncı - herbisid alışını nəzərdə tutur.
Hər lot üzrə iştirakın dəyəri 500 manat təşkil edir.
Tender üzrə təkliflərin qəbulu sentyabrın 14-dək aparılır. Tender təklifləri sentyabrın 15-də açılacaq.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. **
A.Axundov