Bu gün Hirkan Milli Parkının ərazisində yanğın hadisəsi baş verib.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumatda deyilir.
“Yanğın hadisəsi bu gün saat 13.00 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş verib”, - deyə məlumatda bildirilir.
Yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
ETSN havaların çox isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.*
R.Babayev