Kosta Rika Bakıda səfirlik açmağı planlaşdırır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
XİN-in Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta Rikanın Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Jairo López Bolaños ilə görüşüb.
“Diplomat müvafiq təyinatı və Kosta Rikanın Azərbaycanda səfirliyinin açılması ilə əlaqədar olaraq, bu ölkənin xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarova göndərdiyi məktubunu qarşı tərəfə təqdim edib”, - deyə məlumatda bildirilir.
Kosta Rikanın Azərbaycanda səfirliyinin açılması ilə Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir.*
F.İsazadə