Azərbaycanın gömrük orqanlarının əməkdaşları tərəfindən xarici ölkələrin istehsalı olan, aksiz markası olmayan 73,34 min ədəd siqaret müsadirə edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) aşkar edilib.
“Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan Respublikasının vətəndaşı Kazım Həsənova məxsus "Mitsubishi Pajero" markalı, 10 HF 066 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin yük yerində, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan, Rusiya, Ukrayna, ABŞ və digər ölkələrin istehsalı olan 73,34 min ədəd müxtəlif adda siqaret aşkar edilib”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
R.Babayev