Müdafiə Nazirliyinin rəhbərliyi müxtəlif təyinatlı təkərli zirehli döyüş vasitələrinin təmiri və texniki xidmət mərkəzinin açılışında iştirak edib.
“Mərkəzdə Silahlı Qüvvələrin silahlanmasında olan döyüş texnikasının zirehli korpusu, avtomobil üzərindəki avadanlıq və silah sistemlərinə texniki qulluq göstəriləcək”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
Mərkəzdə mütəxəssislər tərəfindən sürücülər, tuşlayıcılar, operatorlar və digər ixtisaslar üzrə şəxsi heyətin hazırlanması üçün bütün şərait yaradılıb.
Məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov mərkəzdəki silah anbarı, laboratoriya, digər xidməti və inzibati otaqlarla tanış olub.*
F.İsazadə