Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov azərbaycanlı həmkarı İlham Əliyevi V Asiya Oyunlarının açılış mərasiminə dəvət edib.
“Fürsətdən istifadə edib, sizi Aşqabadda keçiriləcək qapalı məkanlarda döyüş sənəti üzrə V Asiya Oyunlarının təntənəli açılış mərasimində iştiraka dəvət edirəm”, - Q.Berdiməhəmmədov çərşənbə axşamı Bakıda İ.Əliyevlə görüş zamanı bildirib.
Türkmənistan liderinin sözlərinə görə, açılış mərasimi sentyabrın 17-də olacaq. **
F.İsazadə