2017-ci ilin I yarısında Aşqabad və Bakı arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 40%-dən çox artıb.
Bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan lideri İlham Əliyevlə çərşənbə günü Bakıda danışıqlar zamanı bildirib.
“Mövcud ikitərəfli imkanlardan kifayət dərəcədə istifadə olunmur. Ticarət tərəfdaşlığın hazırki səviyyəsi iki ölkənin real potensialını əks etdirmir”, - Türkmənistan dövlət mətbuatı Q.Berdiməhəmmədovun sözlərindən sitat gətirir.
Bununla əlaqədar, Q.Berdiməhəmmədov ikitərəfli ticari əlaqələrin və ticarət dövriyyəsinin dinamikasının vəziyyətinin ətraflı təhlilini birgə həyata keçirməyi təklif etdi.
“Türkmənistanın neytral statusa əsaslanan siyasətini hər zaman dəstəklədiyinizə görə sizə minnətdarıq. Ticarət-iqtisadi münasibətlərə gəlincə, bu gün həm Türkmənistan, həm də Azərbaycan enerji, nəqliyat bə digər sahələrdə iri layihələr həyata keçirərək nəinki regionda, həm də dünya miqyasında xüsusi yer tuturlar. Bu, sadəcə iki ölkənin, regionun inkişafına öz töhfəsini vermir. Ölkələrimiz tərəfindən həyata keçirilən layihələr dünyada xüsusi əhəmiyyət kəsb edir, müəyyən rol oynayırlar”, - Azərbaycan dövlət başçısının saytına istinadən Q.Berdiməhəmmədov vurğulayıb. **
A.Axundov