Neft-kimya, qaz-kimya və elektrik enerjisi sahələri Azərbaycan-Türkmənistan əməkdaşlığı üçün prioritet təşkil edə bilər.
Bu barədə Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovçərşənbə axşamı Bakıda Azərbaycan prezidentlər İlham Əliyevlə danışıqlar zamanı bildirib.
“Türkmənistan və Azərbaycanda güclü sənaye və aqrar baza, müasir nəqliyyat infrastrukturu yaradılıb. İndi miqyaslı sənaye kooperasiya layihələrə çıxış əldə etmək, xidmət və ASK kompleksi sahələrində qarşılıqlı əlaqə yaratmaq lazımdır”, - Türkmənistan dövlət mətbuatı Q.Berdiməhəmmədovun sözlərindən sitat gətirir.
O, həmçinin rabitə və telekommunikasiya sahəsində tərəfdaşlıq üçün yaxşı perspektivlər görür.
Q.Berdiməhəmmədov Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə və Türkmənistan-Azərbaycan-Türkiyə formatlarında nəqliyyat təşəbbüslərindən söz açıb.
“O cümlədən, Türkmənistan Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şəbəkəsini birləşdirəcək Bakı-Tbilisi-Qars layihəsini alqışlayır. Bu layihə üzrə böyük iş həyata keçirilib və artıq başa çatmaq üzrədir. BTQ regionda ticarət əlaqələrinin inkişafına şərait yaradacaq”, - Q.Berdiməhəmmədov vurğulayıb. **
A.Axundov