"Günay Bank" 2017-ci ilin yanvar-iyun aylarında 4 mln. 473,83 min manat məbləğində xalis mənfəət əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İyulun 1-nə bankın aktivləri 144 mln. 376,12 min manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəricidən 23,1% çoxdur.
“Günay Bank”ın kredit portfeli 124 mln. 769,56 min manat (artım 22,4%), öhdəlikləri 84 mln. 129 min manat (artım 32,7%), depozitlər 43,224 mln. manat (artım 12,1%) təşkil edir.
1 iyul 2017-ci il tarixinə bankın kapitalı 60 mln. 247,13 min manata (artım 11,8%), nizamnamə kapitalı 64 mln. 910,093 min manata (dəyişməyib) bərabərdir.*
A.Axundov