1iyul 2017-ci il tarixinə «Günay Bank»ın Mərkəzi Bank (AMB) qarşısında öhdəlikləri 18,1 mln. manat həcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə «Günay Bank»dan məlumat verilib.
Cari ilin əvvəlinə bankın AMB qarşısında öhdəlikləri 19,2 mln. manat təşkil edib. Beləliklə, yanvar-iyul aylarında «Günay Bank»ın Mərkəzi Bank qarşısında öhdəlikləri 5,7% azalıb.
“Günay Bank” ASC bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanı 1992-ci ildə alıb. Bankın səhmdarları 9 fiziki şəxsdir.**
A.Axundov