Azərbaycanda özünüməşğulluq proqramı çərçivəsində 850 nəfərdən çox şəxs aktivlərlə təmin edilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli məlumat verib.
“Bu günə qədər proqram çərçivəsində 856 şəxsin aktivlərlə təminatı həyata keçirilib. 47 rayonda vətəndaşlara aktivlərin verilməsi yekunlaşıb. 29 rayonda isə aktivlərin verilməsi qismən təmin edilib”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Nazir müavininin sözlərinə görə, proqram çərçivəsində 1385 nəfərin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub.
“447 nəfəri əhatə edən tenderlər artıq yekunlaşıb. Həmin vətəndaşlara da aktivlərin verilməsinə başlanıb. Proqramda iştirak edən 82 nəfər Naxçıvan Muxtar Respublikasında yaşayır.*
R.Babayev