Aşqabad və Bakı enerji və nəqliyyat axınlarının şaxələndirilməsi məqsədilə birgə layihələrin reallaşdırılmasına iqtiqamətlənib. Bu barədə Türkmənistan prezident Qurbanqulu Berdiməhəmmədov bəyan edib.
“
Əməkdaşlığımızın strateji istiqamətləri energetika və nəqliyyatdır. Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik”, - Q.Berdiməhəmmədov çərşənbə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı vurğulayıb.
O həmçinin qeyd edib ki, Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqeləri tutur.
“Söhbət nəinki Avrasiya və regiondan gedir, mən söyləyə bilərəm ki, bütün dünyada ölkələrimiz məhz enerji daşıyıcılarının istehsal həcminə görə lider mövqeyindədir”, - prezident bildirib. **
F.İsazadə