Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın baş naziri Artur Rasizadəni sentyabrın 17-də Aşqabadda keçiriləcək qapalı məkanlarda döyüş sənəti üzrə V Asiya Oyunlarının təntənəli açılış mərasimində iştiraka dəvətedib. Bu barədə Türkmənistan dövlət mətbuatı məlumat verir.
Çərşənbə axşamı Bakıda A.Rasizadə ilə görüşdə Q.Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan tərəfi hazırki səfəri ikitərəfli qarşılıqlı əlaqələrin şaxələndirilməsi yolunda vacib mərhələ kimi qiymətləndirir.
Görüş zamanı öncə əldə edilən razılaşmaların reallaşdırılmasının gedişi və tərəfdaşlığın perspektivli istiqamətlərini müzakirə ediblər.
Tərəflər ticari-iqtisadi əməkdaşlığın intensivləşdirilməsinə yanaşmalar, enerji və nəqliyyat-tranzit sahələrində birgə layihələrin reallaşdırılması, iki ölkənin sahibkarlıq strukturları arasında əlaqələrin genişləndirilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Həmsöhbətlər o cümlədən, , xüsusilə elm, mədəniyyət, informasiya, turizm və idman sahələrində humanitar qarşılıqlı əlaqənin genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. **
A.Axundov