Ötən gün Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həlak olub, 17 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 94 cinayət faktı qeydə alınıb, onların 13-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 47 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.*
R.Babayev