Abşeron rayonunda iki “Mercedes” və “VAZ-2106”markalı avtomobillərin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 azyaşlı bacılar həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“VAZ-2106” və iki “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə azyaşlı qızlar Gülçöhrə və Mehram Seyidovalar hadisə yerində ölüb”, - məlumatda deyilir.
Yol qəzası avqustun 8-də axşam saatlarında Abşeron rayonunun Novxanı qəsəbəsində baş verib.
Üç avtomobiolin toqquşması nəticəsində 7 nəfər, o cümlədən, həlak olan qızların atası Mehman Seyidov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Abşeron RPİ tərəfindən araşdırma aparılır. **
R.Babayev