Sentyabrın ikinci yarısında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Nyu-Yorkda görüşəcəklər.
“Sentyabrın ikinci yarısında Nyu-Yorkda XİN başçıları səviyyəsində növbəti görüş keçiriləcək. Görüşün gündəliyinə Qarabağa dair danışıqlar prosesinin irəliləməsi məsələləri daxildir. Danışıqlara alternativ yoxdur”, - E.Nalbandyan İrəvanda Çin səfirliynin yeni binasının açılış mərasimindən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentlərinin mümkün görüşü barədə “hələlik konkret heç nə yoxdur”.
Öncə ATƏT-in Minsk qrupunun həmsədrləri 2017-ci ilin sonuna kimi Qarabağ münaqişəsinin nizamlanmasına dair Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkilini təklif ediblər.
İyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib. **