2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin bank əmanətləri 14,5% - 5 mlrd. 68,7 mln. manatadək (əhalinin bütün əmanətlərinin 73,4%-i) azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 79,6% təşkil edib.
Cari ilin yanvar-iyun aylarında əhalinin bank əmanətləri 7,3% – 6 mlrd. 907,1 mln. manatadək azalıb.
AMB-nin məlumatına görə, qeyd olunan dövrdə milli valyutada əmanətlərin həcmi 21,2% - 1 mlrd. 838,4,7 mln. manatadək (bütün əmanətlərin 26,6%-i) artıb.
2017-ci il iyulun 1-nə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd. 93,1 mln. manat, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi 814 mln. manat təşkil edir. Yanvar-iyun aylarında rezidentlərin əmanətləri 6%, qeyri-rezidentlərin əmanətləri 15,8% azalıb.
İyulun 1-nə Azərbaycanda əmanət və depozitlərin həcmi 21 mlrd. 595,4 mln. manat təşkil edir ki, bu da ötən ilin sonuna olan göstəricidən 2,2% azdır.**
A.Axundov