SOCAR-ın (ARDNŞ) Kompleks Qazma İşləri Tresti “Qərbi Abşeron” yatağında yeni quyu qazır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Trestdən məlumat verilib.
36 nömrəli quyu 54 nömrəli stasionar dəniz özülündən qazılır. Quyunun layihə dərinliyi 770 metrdir.Quyu Qirməki Lay Dəstəsinə qazılır.
Qazma işləri .“Azneft” İstehsalat Birliyinin sifarişi ilə həyata keçirilir.
“Qərbi Abşeron” yatağının ehtiyatları 10 mln. ton neft həcmində qiymətləndirilir. **
N.Abbasova