Ötən gün Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 7 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 113 cinayət faktı qeydə alınıb, onların 26-sı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 53 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.*
R.Babayev