“Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) “M-NAF” MMC-ni Masallı Sənaye Məhəlləsinin yaradılması ilə bağlı tikinti işlərinin podratçısı seçib. Bu barədə “AİŞ”-dən məluMat verilir.
“4 avqust tarixində “AİŞ” və “M-NAF” arasında satınalma müqaviləsi imzalanıb”, - məlumatda deyilir.
Azərbaycan prezidenti 13 iyun 2016-cı il tarixində Masallı rayonunda sənaye məhəlləsinin yaradılmasına dair sərəncam imzalayıb.
Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq.
Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək. **
A.Axundov