“Aqrolizinq” ASC bir sıra rayonlarda pambıq tədarükü məntəqələrinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün podratçı seçir. Bu barədə ASC-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə aparılır.
Şərtlərə əsasən, podratçı Ağcabədi , Ağsu, Biləsuvar, Füzuli, Kürdəmir, Sabirabad, Neftçala, İmişli, Salyan və Yevlax rayonlarında Pambıq tədarükü məntəqələrinin tikintisinin layihə-smeta sənədlərini hazırlamalıdır.
Tenderdə iştirak haqqı - 500 manatdır.
Təklifklər sentyabrın 15-dən qəbul olunur, tender təkliflərinə sentyabrın 18-də baxılacaq.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. **
A.Axundov