İtaliyanın Azərbaycandakı yeni səfiri Auqusto Massari Bakıya gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
«Səfir A.Massari artıq Azərbaycana gəlib. O, etimadnaməsini prezident İlham Əliyevə təqdim etdikdən sonra diplomatik missiyasına başlayacaq”, - deyə mənbə bildirib.
A.Massari bu postda Campaolo Kutilyonu əvəz edib.*
F.İsazadə