Azərbaycan Silahlı Qüvvələrin şəxsi heyəti “Beynəlxalq Ordu Oyunları-2017”də ölkəni layiqincə təmsil edib. Bu barədə Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bəyan edib.
“Beynəlxalq Ordu Oyunları-2017”, həmçinin “Dəniz Kuboku-2017” beynəlxalq yarışları qoşunların peşəkar hazırlıq səviyyəsinin müəyyən olunması üçün möhkəm dayaqdır. Fəxrlə deməık istərdim ki, Azərbaycan komandası Silahlı Qüvvələrini bu yarışlarda layiqincə təmsil etdi”, - K.Vəliyev “Dəniz Kuboku-2017”nin bağlanış mərasimində bildirib.
“Onların uğurları bizi sevindirir, çünki ölkənin və Silahlı Qüvvələrimizin artan nüfuzunun göstəricisdir”, - o əlavə edib.
Nazir müavininin sözlərinə görə, Azərbaycan dəniz poliqonları və təlim-tədris mərkəzlərində “Dəniz Kuboku-2017”nin keçiriləməsi üçün hər cür zəruir şərait yaradıb və maksimal şəffaflığı təmin edib.
“Bunu sayəsində biz prinsipial və doğru yarışların şahidi olduq”, - K.Vəliyev vurğulayıb.
O əmindir ki, yarışların keçirilməsində ən böyül nailiyyət Xəzəryanı ölkələrin hərbi dənizçilərinin yaxınlaşması, qarşılıqlı etimadın, əməkdaşlığın möhkəmlənməsi, təcrübə mübadiləsinin aparılması, qardaşlıq və dostluq münasibətlərinin yaradılması oldu. **
F.İsazadə