Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı sakini Elmin Cəfərov tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
“E.Cəfərov avqustun 1-də Nizami rayonu ərazisindəki evlərdən birindən 1700 manat, 75 ABŞ dolları və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinir”, - deyə məlumatda bildirilir.*
R.Babayev