Azərbaycan Müdafiə Nazirliyi “Dəniz Kuboku - 2017” beynəlxalq yarışların qaliblərinə daha bir kater hədiyyə edəcək. Bu barədə yarışların baş hakimi, Hərbi Dəniz Qüvvələrinin birinci dərəcəli kapitanı Şahin Məmmədov bəyan edib.
“Müsabiqənin əvvəlində heç kim iki qalibin olacağını güman etmirdi. Buna görə, hər ii komanda üçün hədiyyələr təşkil olunacaq. Azərbaycan komandası, Rusiya komandası kimi sürətli kater əldə edəcək”, - Ş.Məmmədov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə götrə, müsabiqədə ikinci və üçüncü yerləri bölüşdürən komandalara skuter və müvafiq olaraq tam komplektdə dalğıc ləvazimatı təqdim olunacaq.
“Yarışların qaliblərinə hədiyyələr Azərbaycan Müdafiə Nazirliyi tərəfindən müəyyən edilərək təqdim olunub”, - Ş.Məmmədov vurğulayıb. **
F.İsazadə