Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” “Expressbank” ASC-nin uzunmüddətli emitent defoltu reytinqini “B” səviyyəsində, “Stabil” proqnoz ilə təsdiq edib. Bu barədə agentlikdən məlumat verilib.
Həmçinin agentlik bankın qısamüddətkli emitent defoltu reytinqini “B”, sabitlik reytinqini “b”, dəstək reytinqini “5” səviyyəsində təsdiq edib.
“Bankın reytinqləriinin təsdiq edilməsi son 12 ərzində kredit portfelində baş verən çox az dəyişikliklə bağlıdır. Reytinq bankın möhkəm kapital buferinin, aktivlərinin keyfiyyətinin yaxşı və likvidliyinin kifayət qədər olduğunu əks etdirir”, - məlumatda deyilir.
Proqnozun sabitliyi isə onu göstərir ki, aktivlərin keyfiyyətinin gələcəkdə pisləşməsi ehtimalının olmasına baxmayaraq, reytinq agentliyi olaraq bunun zərərdən əvvəlki mənfəət və bankın möhkəm kapital buferi ilə kompensasiya oluna biləcək.
“Bankın korporativ kreditlər üzrə portfelində (2017-ci ilin ilk rübünün sinuna portfelin cəmi 55%-i) vaxtı ötmüş kreditlər yoxdur. O tamamilə bankın korporativ səhmdarları və onun törəmə şirkətıri ilə əlaqədardır”, - məlumatda qeyd olunur.
Agentlik bildirir ki, 2017-ci ilin birinci rübünün sonuna pərakəndə kreditlər üzrə portfeldə vaxtı ötmüş kreditlərin payı 2016-cı ilin ilk 5 ayında 20%-dən 6%-dək azalıb. Bankın ehtiyatları vaxtı ötmüş kreditlərin bütün məbləğini ödəyir.
“Expressbank” əsasən müştərilərin depozitləri hesabına maliyyə əldə edir (2017-ci ilin birinci rübünün sonuna olan məlumata görə, ümumi öhdəliklərin 87%-i), likvidlik riskləri isə likvidliyin mühüm dərəcədə təmiz buferi sayəsində yüngülləşir. Bu da, 2017-ci ilin birinci rübünün sonuna olan məlumata əsasən, müştərilərin vəsaitlərinin 44%-nin ödənilməsi üçün kifayətdir”, - məlumatda vurğulanır. **
A.Axundov