1 iyul 2017-ci il tarixinə "DəmirBank"ın aktivləri 485,517 mln. manat, I yarım il ərzində azalma 9,9% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
I yarımilliyin sonuna bankın kredit portfeli 274,159 mln. manat (azalma 24,8% - İF-Az) təşkil edir.
1 iyul 2017-ci il tarixinə "DəmirBank"ın öhdəlikləri 447,92 mln. manat (azalma 8,95%) təşkil edib.
İyulun 1-nə bankın depozitləri 148,888 mln. manata (azalma 12,46%), o cümlədən əhalinin əmanətləri 135,289 mln. manata (azalma 15,9%) bərabər olub.
Qeyd olunan dövrdə "DəmirBank"ın kapitalı 37 mln. 597,68 min manat (azalma 19,8%), nizamnamə kapitalı 20 mln. 982 min manat (dəyişməyib) təşkil edir.
Bank cari ilin I yarısını 8 mln. 450,73 min manat məbləğində xalis zərərlə başa vurub.*
A.Axundov