1 iyul 2017-ci il tarixinə «DəmirBank»ın Mərkəzi Bank (AMB) qarşısında öhdəlikləri 17 mln. manat həcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə «DəmirBank»dan məlumat verilib.
“2017-ci il iyulun 1-nə bankın AMB qarşısında öhdəlikləri 17 mln. manat təşkil edir. 2016-cı ilin sonuna “DəmirBank”ın Mərkəzi Bank qarşısında öhdəlikləri 37 mln. manata (azalma 2,18 dəfə) bərabər olub", - deyə məlumatda bildirilir.
“DəmirBank” 1989-cu ildə yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti də var.**
A.Axundov