2017-ci ilin yanvar-iyul aylarında Azərbaycana 4,468 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 55,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 3,791 min ədəd avtomobil (artım 53,2%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar-iyul aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 519 ədəd motorlu nəqliyyat vasitəsi (artım 73%) və 47 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 21,7%) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 111 ədəd (artım 2,5 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.*
N.Abbasova