Salyan polisi tərəfindən rayon ərazisindəki evlərdən birindən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
“Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Xıdırlı kəndi ərazisindəki evlərdən birindən 18 000 manat pul, mobil telefon və 7900 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən kənd sakini Ruslan Abdullayev tutulub”, - deyə məlumatda bildirilir.*
R.Babayev