“Amrahbank” 2017-ci ilin birinci yarısında aktivlərini 6,6% - 239,405 mln. manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İyunun sonuna bu kreditlər üzrə mümkün itkilərin ödənilməsinə ehtiyatlar nəzərə alınmadan bankın öz müştərilərinə verilən kredit və avansların həcmi 100,909 mln. manat olub (azalma 30%).
“Amrahbank”ın öhdəlikləri 188,498 mln. manata bərabərdir (azalma 7%).
İyunun sonuna depozitlər 130,31 mln. manat təşkil edir (azalma 7,8%).
İyulun əvvəlinə bankın məcmu kapitalı 50 mln. 906,029 min manata (azalma 4,6%), nizamnamə kapitalı 39 mln. 844,4 min manata bərabərdir (dəyişməyib).
2017-ci ilin birinci yarısının yekunları üzrə bankın xalis zərəri 2 mln. 984,318 min manat təşkil edib.
“Amrahbank” ASC 1993-cü ildə yaradılıb.
Bankın səhmdarları 4 fiziki və 1 hüquqi şəxsdir (Beynəlxalq İnvestisiya Bankı). ASC-nin səhm nəzarət paketi (53,17%) fiziki şəxs Yunis İldırımzadəyə məxsusdur.**
A.Axundov