Avqustun 14-də Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov və Çex Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşek iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
«Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə olunub”, - deyə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.*
F.İsazadə