2017-ci ilin I yarısında Azərbaycanda 120,3 min aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı alıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
«Yanvar-iyun aylarında ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 10,7% azalıb», - deyə məlumatda bildirilir.
Hazırda ölkədə 498,4 min nəfər ünvanlı dövlət sosial yardımı ilə təmin olunub.
Məlumata görə, 2017-ci ilin I yarısında ünvanlı sosial yardımın adambaşına düşən orta aylıq məbləği 35,8 manat təşkil edib.*
R.Babayev