SOCAR “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
2686 nömrəli quyu 1954A saylı estakadayanı meydançadan qazılıb. Quyunun sutkalıq debiti 14 ton neft təşkil edir.
Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılır. **
N.Abbasova