2016-cı ildə “SOCAR Trading SA” şirkətinin (SOCAR-ın törəməsi) gəlirləri $25,9 mln. təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 14,1% çoxdur. Bu barədə şirkətin ötən ilə dair hesabatında deyilir.
«2016-cı ildə şirkətin gəlirləri $25,9 mln. təşkil edib. Hesabat ilində “SOCAR Trading SA” dünya bazarlarında 50 mln. ton neft (2015-ci illə müqayisədə artım 6,4%) satıb ki, bunun da 29 mln. tonu üçüncü tərəflərin neft və neft məhsullarının, 21 mln. tonu Azərbaycan neftinin payına düşüb», - deyə sənəddə qeyd olunur.
2016-cı ildə “SOCAR Trading” dünya bazarlarında 10 mln. tondan artıq neft məhsulu satıb, bunun 59%-ni açıq rəngli neft məhsulları, 5%-ni orta distilyatlar, 36%-ni isə ağır distilyatlar təşkil edib.*
N.Abbasova